"Zaxarovanın bəyanatına baxmayaraq, Ukraynaya hər cür yardım göstərməyə davam edəcəyik"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatına baxmayaraq, Moldova Ukraynaya hər cür yardım göstərməyə davam edəcək.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Moldova demokratik dəyərləri təbliğ edənlərlə əməkdaşlıq edir. Biz bundan sonra da ukraynalı dostlarımıza həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində hər cür yardım göstərəcəyik", - məlumatda qeyd edilib

Qeyd edək ki, Mariya Zaxarova Moldova hakimiyyətinə Kişinyovun Ukraynaya dəstəyi gücləndirəcəyi təqdirdə yarana biləcək təhlükələr barədə xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31