"Yevgeni Priqojinin ölüm faktını təsdiq edəcək ekspertizaların nəticələri hələ hazır deyil"
25 Avqust 2023 21:22 Dünya"Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin ölüm faktını təsdiq edəcək ekspertizaların, o cümlədən genetik ekspertizaların nəticələri hələ hazır deyil".
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskov Kremlin Priqojinin ölümünü təsdiq edə bilib-bilməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, hələ ki rəsmi nəticələr yoxdur.
"Rusiya prezidentinin dünənki bəyanatını diqqətlə dinləmisinizsə, o dedi ki, indi bütün lazımi müayinələr, o cümlədən genetik müayinələr aparılacaq. Rəsmi nəticələr hələ ki yoxdur. Onlar hazır olan kimi dərc ediləcək", - deyə Peskov qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31