Türkiyədə kağız fabrikində yanğın BAŞ VERDİ

Türkiyənin Qəhrəmanmaraş vilayətində kağız istehsalı fabrikində yanğın baş verib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında müəssisənin tullantılar bölməsində baş verib.

Hadisə yerinə helikopter, təcili və təxirəsalınmaz tibbi yardım briqadası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31