Hakan Fidan Ukraynanın Baş naziri ilə görüşüb
25 Avqust 2023 19:08 DünyaTürkiyənin Xarici işlər naziri Hakan Fidan Ukraynanın paytaxtı Kiyevdə baş nazir Denis Şmiqal ilə görüşüb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN "X" (tvitter) sosial şəbəkə hesabında paylaşım edib.
Görüş zamanı Ukraynanın ticari-iqtisadi əməkdaşlığı və yenidən qurulması müzakirə edilib.
Şmiqal qeyd edib ki, Türkiyəyə prezident Vlodimir Zelenskinin sülh düsturuna verdiyi dəstəyə və qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəyə görə minnətdarıq.
Qeyd edək ki, Fidan Kiyevdə prezident Zelenski tərəfindən qəbul edilib və Prezident Aparatının rəhbəri Andrey Yermakla görüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31