"Vaqnerçilər heç yerə qaçmayacaq"
25 Avqust 2023 19:04 Dünya"Vaqner" qrupunun döyüşçüləri Belarusu tərk etmirlər. Onlar ölkədə yaşamağa və işləməyə davam edəcəklər.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenkonun sözlərinə görə, bir neçə gün ərzində onların 10 min nəfərə qədəri burada olacaq:
"İndi onları burada saxlamağa ehtiyac yoxdur. Çünki onlar heç yerə qaçmırlar. Nə qədər ki, bu bölməyə ehtiyacımız var, onlar bizimlə yaşayıb işləyəcəklər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31