Rusiya Silahlı Qüvvələri Ukraynanın sursat anbarını məhv edib — ÖZƏL
25 Avqust 2023 16:42 Dünya"Aviasiya və artilleriya tərəfindən dəstəklənən "Şərq Döyüş Qrupu" bölmələri Donetsk Xalq Respublikasının Urojaynoe yaşayış məntəqələri yaxınlığında sursat anbarını, dayaq məntəqəsini və Ukrayna ordusunun döyüşçülərinin olduğu avtomobili məhv edib".
Olaylar.az xəbər verir ki, bunu döyüş qrupunun mətbuat katibi Oleq Çexov bildirib.
"Şərq Döyüş Qrupunun aparıcı bölmələri artilleriya və aviasiyanın dəstəyi ilə Urojaynoe yaxınlığında düşmənə atəş zərbəsi endirib. Ukrayna ordusunun iki müvəqqəti məntəqəsi vurulub: sursat anbarı, dayaq məntəqəsi və döyüşçülərin olduğu maşın məhv edilib" - Çexov, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31