Beş ölkə Ukrayna taxılının idxalına qoyulan qadağanın uzadılmasını tələb edir- ÖZƏL

Polşanın Kənd Təsərrüfatı və Kənd İnkişafı naziri Robert Telus bildirib ki, Polşa, Macarıstan, Bolqarıstan, Rumıniya və Slovakiya Aİ rəhbərliyindən 2023-cü ilin sonuna qədər Ukraynadan taxıl idxalına qadağa qoyulmasını xahiş etməyə razılaşıblar. 

"Bu, bizim hamımızın qəti mövqeyimizdir" deyəTelus bildirib. Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan etmişdi ki, Rusiya tələbləri yerinə yetirilərsə, taxıl sazişinə qayıdacaq. 2022-ci il iyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT arasında Qara dəniz vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün dəhlizin yaradılması haqqında saziş imzalanıb. 16 iyul 2023-cü ildə Rusiyanın BMT-dəki missiyası taxıl sazişindən çıxdığını elan edib. 

2023-cü ilin avqustunda Ukrayna Rusiyanın iştirakı olmadan alternativ taxıl dəhlizinin fəaliyyətini təmin etmək xahişi ilə bir sıra Aİ ölkələrinə müraciət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31