İranda əmlak hüququnu itə ötürən daşınmaz əmlak agenti həbs edilib- ÖZƏL

Olaylar.az xəbər verir ki, İranda daşınmaz əmlak agenti mənzil hüququnu itə ötürdüyünə görə həbs edilib. Sosial şəbəkələrdə alqı-satqılardan biri zamanı çəkilmiş videonun yayılmasından sonra rieltor həbs edilib. Görüntülərdə cütlüyün mənzil üçün sənədləri imzalamaq üçün itlə kişinin ofisinə necə gəldiyi göstərilir. Mütəxəssis lazımi sənədləri hazırladıqdan sonra kişi və qadın öz imzalarını atıb, sonra ev heyvanının pəncəsini götürüb, ona mürəkkəb vurub vərəqə yapışdırıblar. Sonradan məlum olub ki, bu yolla cütlük mənzil hüquqlarını itlərinə keçirib. Yerli hakimiyyət rieltorun hərəkətlərini qanunsuz hesab edib - həbsdən sonra onun agentliyi də bağlanıb. İranda it murdar heyvan sayıldığı üçün kişinin hərəkəti ciddi cinayət kimi qiymətləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31