İki ölkə arasında uçuşlar otuz illik fasilədən sonra bərpa edilir- ÖZƏL

Rusiya ilə Myanma arasında birbaşa müntəzəm uçuşlar otuz illik fasilədən sonra bərpa edilir. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin Telegram kanalında məlumat verilib. Agentliyin məlumatına görə, Federal Hava Nəqliyyatı Agentliyi Myanmar Airways International şirkətinə Mandalay-Novosibirsk-Mandalay marşrutu üzrə uçuşlar həyata keçirmək üçün icazə verib.

Şirkətin 2023-cü il sentyabrın 5-dən uçuşlara başlaması gözlənilir. Onlar həftədə iki dəfə A319 təyyarələrində həyata keçiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31