Ukraynanın imtinası Macarıstanın enerji təhlükəsizliyinə ziyan vurur- ÖZƏL
25 Avqust 2023 13:42 DünyaMacarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynanın Rusiyadan qaz tranzitindən imtina etməsi Macarıstanın enerji təhlükəsizliyinə ziyan vurur.
Orbanın sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların tətbiqindən və "Şimal axını"nın zədələnməsindən əvvəl hər şey yaxşı idi. İndi 2024-cü ildən Rusiya qazının Ukrayna tərəfindən tranzitinin mümkün dayandırılması ölkənin enerji təhlükəsizliyinə əlavə çağırış olacaq. Macarıstanlı siyasətçi bildirib ki, hazırda Budapeşt yeni qaz tədarükü marşrutları axtarır, ilk növbədə, bununla bağlı "Türk axını" və onun qolları nəzərdən keçirilir, Rusiya qazının Avropaya, o cümlədən Macarıstana ixracı həyata keçirilir. Macarıstanın Xorvatiyadakı terminallardan alacağı Qətərdən LNG Rusiya qazına alternativ və ya ona əlavə ola bilər.