Yaponiyada radioaktiv suyun nümunələri analiz edilib- ÖZƏL
25 Avqust 2023 13:55 DünyaOlaylar.az xəbər verir ki, Yaponiyanın Fukusima Atom Elektrik Stansiyasından atılan suyun analizi müəyyən edilmiş normadan aşağı olub. Bu barədə mütəxəssislər bəyanat verib.
"Axdılması bir gün əvvəl başlanan təmizlənmiş aşağı səviyyəli radioaktiv suda tritiumun konsentrasiyası litrdə 142-178 bekkerel təşkil edib ki, bu da müəyyən edilmiş normadan xeyli aşağıdır".
Qeyd olunur ki, stansiyadan 3 km aralıda toplanan on nöqtədən dəniz suyunun analizləri də müəyyən edilmiş həddən aşağıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31