Rusiyanın ATƏT-dən çıxması ilə bağlı müzakirələr aparılmayıb – ÖZƏL
25 Avqust 2023 12:23 Dünya"Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) çıxması ilə bağlı heç bir müzakirə aparılmır və o, Qərblə qarşılıqlı fəaliyyət platforması olaraq qalır".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
"Rusiyanın ATƏT-dən çıxması Kiyev rejiminin arzusudur. ATƏT-də həddindən artıq isti qarşıdurma mühitinə baxmayaraq, bu Təşkilat Qərb ölkələrinin alyansı ilə bizim qarşılıqlı fəaliyyət platformamız olaraq qalır" - diplomat, əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31