Ukrayna ordusu Krıma hücum edib, ölənlər və yaralananlar var
25 Avqust 2023 12:12 DünyaUkrayna Silahlı Qüvvələri Rusiyanın işğal altındakı Krım yarımadasına hücum edib.
Olaylar.az "report"a istinadən bildirir ki, 126-cı Əlahiddə Mühafizə Sahil Müdafiə Briqadasının hərbi hissəsinə zərbələr endirilib.
Nəticədə üç nəfər ölüb, çox sayda insan yaralanıb.
Əməliyyatın təfərrüatları məlum deyil.
Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31