BMT-nin Cenevrədəki mənzil-qərargahı təhlükəsizlik səbəbi ilə bağlanıb- ÖZƏL
25 Avqust 2023 11:26 DünyaOlaylar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki mənzil-qərargahı təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bağlanıb. Bu barədə TASS dünya təşkilatının Cenevrə bölməsinin informasiya xidmətinin rəhbəri Alessandra Vellucciyə istinadən məlumat yayıb. "Millətlər Sarayı təhlükəsizlik probleminə görə müvəqqəti bağlanıb".
Onun sözlərinə görə, bu məsələ BMT-nin təhlükəsizlik xidməti tərəfindən fəal şəkildə araşdırılır və tezliklə həll olunmalıdır.
Birləşmiş Millətlər Təşkilatının Cenevrə bölməsi BMT-nin Nyu-Yorkdakı baş qərargahı, Vyana (Avstriya) və Nayrobi (Keniya) ofislərindən əlavə, BMT-nin dörd əsas ofisindən biridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31