Priqojin niyə indi öldürüldü? - ÖZƏL
25 Avqust 2023 10:37 DünyaPriqojin öldürüldü. Putinin bağışlamayacağı bəlli idi, lakin niyə Vaqnerin qiyamından dərhal sonra yox, indi? "Olaylar"ın məlumatına görə, siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Vaqnerin rəhbəri Afrikada idi, sonuncu videomüraciətini də Qara Qitədən "Afrikanı xilas edirik" formasında etmişdi: "Qruplaşmanın "komandanlığı" da onunla birlikdə təyyarədə olub. Beləliklə, Priqojin və ətrafı sıradan çıxarıldı. Lakin Vaqner qalır və qiyam zamanı Ukraynadan çıxdıqdan sonra Afrikada aktivləşib, görünür, qiyamdan sonra "toxunulmayan" Priqojinin missiyası da qruplaşmanın Afrikadakı fəaliyyətini gücləndirmək olub.
Hazırda Rusiya Afrikada güclənən tərəfdir və bu, Qərbin təsir imkanlarının azalması fonunda baş verir. Bu baxımdan, Vaqnerin Afrikadakı fəaliyyəti Kreml üçün əhəmiyyətlidir, lakin qiyamda iştirak edən Priqojin və yaxın ətrafının bu işə rəhbərlik etməsi Rusiyanın planlarına risklər də vəd edirdi. Priqojin və yaxın ətrafının qiyamdan sonra yox, məhz indi o dünyaya göndərilməsi bundan qaynaqlana bilər".