Priqojinin təyyarəsi bu raketlə vurulub - ABŞ

ABŞ hakimiyyəti hesab edir ki, Yevgeni Priqojinin olduğu təyyarə Rusiya ərazisindən buraxılan "yer-hava" sinfinə aid raketlə vurulub.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" ABŞ-ın 2 məmuruna istinadla məlumat yayıb.

Adının çəkilməsini istəməyən rəsmilər məlumatın hələ ilkin olduğunu və dəqiqləşdirildiyini vurğulayıblar.

Qeyd edək ki, 23 avqustda Moskvadan Sankt-Peterburqa gedən biznes-jet Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 10 nəfərin hamısı ölüb. Ölənlər içərisində "Vaqner"in rəhbəri Yevgeni Priqojin və "Vaqner"in komandiri Dmitri Utkin də var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31