Lavrov Rusiya Federasiyasının taxıl müqaviləsinə qayıtması şərtini açıqlayıb - ÖZƏL

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə bildirib ki, Rusiya taxıl sazişinə yalnız bütün öhdəliklər praktiki olaraq yerinə yetirildiyi təqdirdə qayıda bilər.

Olaylara.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.

Agentliyin məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının baş katibi rusiyalı nazirə taxıl sazişinin bərpasının perspektivləri barədə sual verib.

Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya prezidenti Vladimir Putinin ölkənin yalnız Rusiya tərəfi qarşısında bütün öhdəlikləri faktiki olaraq yerinə yetirildiyi təqdirdə iştiraka qayıtmağa hazır olması barədə bir qədər əvvəl səsləndirdiyi mövqeyi açıqlayıb.

Bir neçə saat əvvəl Sergey Lavrov taxıl mövzusunu müzakirə etmək üçün Quterreşlə görüşəcəyini açıqlamışdı.

Lavrov daha sonra deyib ki, Moskva Qərb ölkələrinin taxıl müqaviləsinin bərpası ilə bağlı Rusiyanın tələblərinə əməl etməyə hazır olduğuna dair heç bir əlamət görmür.

Bundan əvvəl taxıl müqaviləsi çərçivəsində sonuncu gəmi Qara dənizi tərk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31