Tanınmış aktyor saxlanıldı - Qəribə səbəb

Bollivud aktyoru Prakaş Rac polis tərəfindən saxlanılıb.

Olaylar.az axşam.az-a istinadən bildirir ki, buna səbəb aktyorun "Çandrayaan-3" missiyasını ələ salması olub. Bu barədə sosial media hesabında paylaşım edən Prakaş polis bölməsinə gətirilib.

Belə ki, aktyor tvitter hesabında keçmiş ISRO rəhbəri K.Sivanın çay süzərkən karikaturasını paylaşaraq "Son dəqiqə: Vikram eniş aparatı tərəfindən Aydan göndərilən ilk şəkil sadəcə "vau" deyir" deyə, yazıb.

Bu tvit bir çox internet hindistanlı istifadəçisi tərəfindən birmənalı qarşılanmayıb və onlar Prakaşı Hindistanın elmi nailiyyətlərini aşağıladığına görə tənqid ediblər.

Qeyd edək ki, avqustun 22-də "Çandrayaan-3" kosmik gəmisi Ayın cənub qütbünün yaxınlığına enib. Bununla da Hindistan Ayın bu hissəsinə kosmik aparat göndərən ilk ölkə olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31