Rusiyada elita daxilində qarşıdurmaların davam edəcəyi gözlənilir - ÖZƏL

"Y. Priqojinin öldürülməsindən sonra Vaqnerdə ləğv ediləcək. Buradakı silahlılar digər muzdlu hərbi şirkətə transfer olunacaq". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Vaqner Qərb tərəfindən terror təşkilatı kimi tanınır və ciddi hərbi cinayətlər törədiblər. Kifayət qədər Rusiyanın imicinə zərbə vurulub. Üstəlik daxildə hərbi qiyam etməklə, V. Putinin zəifliyini nümayiş etdirdilər. Kreml bu qruplaşmadan yaxasını qurtarır. Vaqneri əvəz edəcək yeni hərbi şirkət Rusiyanın Afrikada və bir sıra regionlarda hərbi siyasətini davam etdirəcək. Rusiyada elita daxilində qarşıdurmaların davam edəcəyi gözlənilir. Ümumiyyətlə, Rusiyanın Ukraynada hərbi məğlubiyyəti və siyasi elita arasında fikir ayrılıqları Vaqnerin qiyamı ilə nəticələnmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31