Norveç F-16 qırıcılarını Ukraynaya təhvil verəcək- ÖZƏL

Norveç Ukraynaya qırıcı təyyarələrin verilməsinə qərar verən üçüncü ölkə olacaq. Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Finlandiyanın baş naziri Petteri Orpodan Helsinkinin istismardan çıxardığı dördüncü nəsil F-18 (Hornet) qırıcı təyyarələrinin Kiyevə təhvil verilməsini xahiş edib. 

Zelenski Amerika istehsalı olan F-16 qırıcılarının Ukrayna Hərbi Hava Qüvvələri üçün prioritet olaraq qaldığını vurğulayıb. Danimarka isə səkkiz ukraynalı F-16 qırıcı pilotunun təliminə başlayıb. Ukraynanın müdafiə naziri Oleksiy Reznikovun sözlərinə görə, aviasiya koalisiyasına 11 tərəfdaş ölkə qoşulub, Hollandiya və Danimarka isə ukraynalı pilotların, texniklərin və mühəndislərin hazırlanması layihəsində liderdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31