Dolların beynəlxalq hesablaşmalarda payı rekord həddə yüksəlib- ÖZƏL

2023-cü ilin iyul ayında dolların beynəlxalq hesablaşmalarda payı 46,46%-ə yüksəlib və bu, yeni tarixi maksimuma çevrilib.Bu barədə beynəlxalq banklararası SWIFT sistemi məlumat  verir. SWIFT-in məlumatına görə, dollar hesablaşmalar üçün ən populyar valyuta olaraq qalır. İyulda 42%-dən 46%-ə yüksəlib. Dolları avro, Britaniya funtu, Yapon yeni və Çin yuanı izləyir. Bununla belə, avronun payı 2012-ci ildə 46%-ə çatdıqdan sonra iyulda 24%-lə tarixi minimuma düşüb. Ekspertlər dolların möhkəmlənməsini avro zonasında böhranla izah edirlər. Bununla yanaşı, beynəlxalq hesablaşmalarda yuanın payı artır. İyul ayında tarixdə ikinci dəfə SWIFT əməliyyatlarının 3%-dən çoxu Çin valyutasında olub. Bir sıra ölkələrin, xüsusən də BRİKS qrupunun milli valyutalarda hesablaşmaları genişləndirməyə yönəlmiş de-dollarizasiya səylərinə baxmayaraq, dolların mövqeyi sabit olaraq qalır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31