BRİKS dünya neft ehtiyatlarının yarısının sahibi olacaq- ÖZƏL
24 Avqust 2023 17:37 DünyaBRİKS-ə altı yeni ölkə - Argentina, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya daxil olduqdan sonra qrup dünya neft ehtiyatlarının 44,35%-nə çıxış əldə edəcək. Bunu TASS-ın rəsmi statistikaya əsaslanan hesablamaları sübut edir. Genişləndirilmiş BRİKS-in ərazisi 48,5 milyon kvadratmetr olacaq. Bu, G7 ölkələrinin ümumi ərazisindən iki dəfə çoxdur. Yeni BRİKS-in əhalisi 3,6 milyard nəfərə çatacaq ki, bu da planetin ümumi əhalisinin 45%-nə bərabərdir. Müqayisə üçün qeyd edək ki, G7-də cəmi 600 milyon insan yaşayır.
Proqnozlara görə, genişləndirilmiş ittifaqın hazırkı qiymətlərlə ümumi ÜDM-i 65 trilyon dollar və ya dünya ÜDM-in 37,3%-ni təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, G7 dünya iqtisadiyyatının 29,9%-ni təşkil edir. Bundan əlavə, yeni BRİKS dünyada bütün ərzaq məhsullarının demək olar ki, yarısını istehsal edəcək. Xüsusilə, 2021-ci ildə dünya buğda məhsulunun 49%-i, çəltik məhsulunun isə 55%-i bu ölkələrin payına düşüb.