BMT BRICS-in genişlənməsini qiymətləndirəcək- ÖZƏL
24 Avqust 2023 17:26 DünyaBMT BRİKS-in genişlənməsini qiymətləndirməli olacaq. Bu barədə BMT-nin baş katibi Antonio Quterreşin məlumat verib. Qeyd olunur ki, BRİKS assosiasiyası qərar qəbul edə bilən suveren dövlətlərdən ibarətdir. Bundan əvvəl Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Argentina, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiyanın 2024-cü il yanvarın 1-dən BRİKS-ə qoşulacağını bildirmişdi. Aİ Xarici İşlər Nazirliyinin nümayəndəsi Piter Stano Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa İttifaqı BRİKS-in genişləndirilməsi qərarını nəzərə alır və bu assosiasiya üzvləri ilə fərdi şəkildə işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31