İstanbul taxıl danışıqları türkiyəli diplomatın Moskvaya, Kiyevə səfərindən sonra mümkündür – ÖZƏL
24 Avqust 2023 16:57 Dünya"Taxıl müqaviləsi iştirakçıları arasında danışıqların İstanbulda aparılmasının mümkünlüyü Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskva və Kiyevdə apardığı danışıqların nəticələrindən asılıdır".
Olaylar.az xəbər verir ki, bunu yerli diplomatik mənbə bildirib.
"Taxıl sazişinə qayıtmaq variantlarından biri kimi əvvəllər taxıl sazişində iştirak edən ölkələr arasında İstanbulda görüşün mümkünlüyü qeyd edilmişdi. Lakin texniki danışıqlar yüksək səviyyəli görüşdən əvvəl aparılmalıdır və bu, Türkiyənin xarici işlər naziri Fidanın bundan əvvəl Moskvada və Kiyevdə keçirəcəyi danışıqlardan çox asılıdır" - bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31