KTMT bloku birgə təlimlərdə hərbi kontingentlərini Belarusa yerləşdirəcək - ÖZƏL
24 Avqust 2023 13:01 Dünya"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin hərbi kontingentləri avqustun sonunda keçiriləcək birgə və xüsusi təlimlərdə Belarusa köçürüləcək".
Olaylar.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargahının sözçüsü Vladislav Şeqrikoviç bildirib.
"25-29 avqust tarixlərində KTMT-nin Qarşılıqlı Fəaliyyət-2023, Axtarış-2023, Eşelon-2023 və Baryer-2023 birgə və xüsusi təlimlərində iştirak edən qoşunlar Belarus Respublikasına yerləşdiriləcək. KTMT-nin hərbi kontingenti üzv ölkələrdən plana uyğun olaraq təlimlərin keçirildiyi əraziyə göndərilib" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31