Priqojinin ölümünə ABŞ şərhi: Kreml təhlükəli rəqibdən qurtuldu
24 Avqust 2023 12:52 DünyaABŞ-ın aparıcı mətbuat orqanlarında Vaqnerin qurucusu Yevgeni Priqojinin ölümü ilə bağlı bir sıra yazılar dərc olunub.
Olaylar.az Bakupost.az -a istinadən xəbər verir ki, yazılarda Putinin "təhlükəli rəqibdən qurtulduğu", Kremlə meydan oxuyanların vaxtsız ölümlərlə üzləşdiyi bildirilib.
The Atlantic: Təhlükəli rəqibdən qurtuldu
"The Atlantic" jurnalı "Son gülən Priqojin ola bilər" başlıqlı təhlilində yazır: "Kreml təhlükəli rəqibdən qurtuldu".
Qeyd oluinur ki, "Vaqner" muzdlularının lideri Priqojinin öldürülüb, təsdiqlənmiş detallar az olsa da, şəxsi təyyarənin vurulduğu iddia edilib.
"Putinə qarşı çıxaraq taleyini müəyyən etdi"
Hadisənin bir çox qruplar tərəfindən "sui-qəsd" kimi şərh edildiyini yazan jurnal bu sözləri qeyd edib:
Bu cür insanlar nadir hallarda qocalıqdan ölürlər. Priqojin öz taleyini iyunda (Rusiya prezidenti) Putinə qarşı uğursuz üsyanla müəyyən etdi. Üsyan başlayandan bir neçə saat sonra sona çatdı.

Rusiya liderinin sözünü xatırladıblar: Xəyanət bağışlanmazdır
Xatırladaq ki, Vladimir Putin bu ilin əvvəlində verdiyi müsahibədə liderlərin bağışlamalı olduğunu, lakin hər şeyin bağışlana bilməyəcəyini deyərək, xəyanəti misal gətirmişdi.
"Atlantic"də "Priqojin son gülən ola bilər" başlıqlı təhlil də dərc edilib.
Foreign Policy: Vaxtsız ölümlər
"Foreign Policy" jurnalı Yevgeni Priqojinin ölümünün Rusiyadakı analitiklər və Qərb rəsmiləri üçün sürpriz olmadığını oxucuları ilə bölüşüb.
Vurğulanıb ki, təyyarə qəzası Rusiya Aerokosmik Qüvvələrinin komandanı Sergey Surovikinin işdən çıxarıldığı gün baş verib.
"Foreign Policy" jurnalı yazır ki, "Kremlə meydan oxuyanlar vaxtsız ölümlərlə üzləşiblər".

İşdən çıxarılan rus komandiri ilə bağlı
Bildirilib ki, Surovikin Vaqnerin Moskvaya qarşı silahlı üsyan qaldıracağını qabaqcadan xəbər verib.
"Vaqnerə yaxın olan Surovikin üsyandan sonra ictimaiyyət arasında görünmür", deyə ABŞ-da nəşri yazır.
