İtaliyalı tiktoker "Qarabağ" mahnısı ilə gündəmə gəldi - VİDEO

 

İtaliyalı tiktoker və dizayner Alessandro Karuso bu dəfə də azərbaycanlı izləyicilərinin diqqətini çəkməyi bacarıb.

Olaylar.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında canlı yayımda olarkən fonda "Qarabağ" mahnısı səslənib.

Bu zaman azərbaycanlı izləyiciləri tiktokerin yayımına çoxsaylı şərhlər yazıblar. Karuso azərbaycanlıları sevdiyini bildirib.

Məlumat üçün bildirək ki, italiyalı Alessandro bundan əvvəl də müğənnilər İradə İbrahimova, Üzeyir Mehdizadənin mahnılarını öz instaqram izləyiciləri ilə bölüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31