Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayan şəxsi təyyarənin qalıqlarındakı dəliklər biznes-jetin vurulduğu ehtimalını gücləndirib.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə "CaucasianLive" kanalı fotolar paylaşıb.
Bildirilib ki, bu dəliklərin zenit sistemlərindən açılan atəş nəticəsində yarandığı iddia edilir.
"Rosaviasiya" Priqojin və onun sağ əli, "Vaqner"in komandirlərindən olan Dmitri Utkinin qəzaya uğrayan təyyarədə olduğunu təsdiqləyib.
Şahidlərin sözlərinə görə, təyyarə qəzaya uğramazdan öncə iki dəfə güclü partlayış səsi eşidilib. Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu da iddia edilir.



