Priqojin və sağ əli Utkin öldümü? - TƏSDİQ
23 Avqust 2023 23:00 Dünya"Vaqner" rəhbəri Yevgeni Priqojini şəxsən tanıyan insanlar onun və sağ əli Dmitri Utkinin ölüm xəbərini təsdiqləyir.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
İddia edilir ki, şəxsi təyyarədə olan 7 sərnişin Priqojin də daxil olmaqla, "Vaqner"in komandanlığında təmsil olunan şəxslərdir.
Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa gedən şəxsi təyyarə Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 3 ekipaj üzvü və 7 sərnişinin hamısının öldüyü bildirilir. İndiyə qədər 8 nəfərin meyiti tapılıb.
Sərnişinlərin siyahısında Yevgeni Priqojinin də adı var.
Şahidlərin sözlərinə görə, təyyarə qəzaya uğramazdan öncə iki dəfə güclü partlayış səsi eşidilib. Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu da iddia edilir.