“Vaqner”dən qəza ilə bağlı AÇIQLAMA

Priqojinin olduğu təyyarənin uçuşu zamanı səmada iki partlayış səsi eşidilib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vaqner" özəl hərbi şirkətin Teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, saat 18:20-də təyyarə radardan itib, 12 dəqiqə sonra isə təyyarə səmada partlayıb:

"İki partlayış oldu. Qanad və stabilizator Kujenkino stansiyasına, fyuzelaj və qanad isə Kujenkino kəndinə, keçmiş ferma yaxınlığına düşdü. Vətəndaşlar xəsarət almayıb, evlər zərər görməyib. Saat 19:10-da 4 meyit barədə məlumat gəldi. Hadisə yerinə Boloqovodan təcili yardım gəldi".

Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa uçduğu bildirilən şəxsi "Embraer" təyyarəsinin Tver vilayətində qəzaya uğraması nəticəsində göyərtədə olan 10 nəfərin hamısının öldüyü vurğulanır. Sərnişinlər arasında Yevgeni Priqojinin də adı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31