Priqojinin təyyarəsi Rusiyada qəzaya uğradı, ölənlər var - VİDEO
23 Avqust 2023 21:29 DünyaRusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Onun "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olduğu iddia edilir.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə "Baza" teleqram kanalında məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza zamanı təyyarədə olan yeddi sərnişin və üç pilot həyatını itirib.
Hadisə şahidlərinin sözlərinə görə, təyyarə vurulub, qəzadan əvvəl və sonra partlayış olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31