Hindistanın kosmik gəmisi Ayın cənubuna enib - Tarixdə İLK DƏFƏ
23 Avqust 2023 20:23 DünyaHindistanın "Çandrayaan-3" kosmik gəmisi Ayın cənub qütbünün yaxınlığına enib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Hindistan Ayın bu hissəsinə kosmik aparat göndərən ilk ölkə olub.
Missiya tam uğurlu olarsa, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya eniş edən dördüncü ölkə olacaq.
Qeyd edək ki, bir neçə gün önəcə Rusiyanın "Luna-25" kosmik aparatı da Ayın eyni hissəsinə eniş etmək istəyib, ancaq qəzaya görə missiya uğursuz alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31