Hakan Fidan Malayziyanın XİN rəhbəri ilə görüşüb

Türkiyə Xarici İşlər naziri Hakan Fidan Malayziyanın Xarici İşlər naziri Zambry Abd Kadir ilə görüşüb.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

"Hakan Fidan Bağdadda Malayziya xarici işlər naziri Zambry Abd Kadir ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər və anti-islamizmlə bağlı atıla biləcək addımlar müzakirə olunub",- deyə nazirliyin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, Hakan Fidan Bağdadda İraq Türkmən Cəbhəsinin (İTC) və İraq Türkmən İcmasının liderləri ilə görüş keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31