Sənəd təsdiqləndi: BRİKS genişləndirilir

BRİKS sammitində (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) assosiasiyanın genişləndirilməsinə dair sənəd qəbul edilib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor bildirib.

Onun sözlərinə görə, BRİKS sammitində assosiasiyanın genişləndirilməsi prinsiplərini müəyyən edən sənəd qəbul edilib.

Görüşün sonuna qədər BRİKS-ə üzv ölkələrin liderləri tərəfindən daha konkret məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31