Argentinada güclü zəlzələ BAŞ VERDİ

Argentinanın Santyaqo-del-Estero əyalətində 5,8 maqnitudada zəlzələ baş verib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 2 min nəfər əhalisi olan El Hoyo şəhərindən 18 km şimal-qərbdə, zəlzələ ocağı isə 565 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31