Krım körpüləri dağılıb, Rusiya bu yola arxalanır - Britaniya

Çonqar və Geniçeskdəki körpülərinə güclü zərbələrdən sonra ruslar Krımda öz logistikaları üçün yalnız bir uzun marşruta bel bağlamaq məcburiyyətində qalıblar.

Olaylar.az Axar.az-a istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, indi ruslar Ukraynanın cənubunun Krımla sərhədində ponton keçidləri inşa edir:

"Avqustun ortalarında Ukraynanın Çonqar və Geniçesk körpülərinə endirdiyi ağır zərbələrdən sonra, çətin ki, bu infrastruktur Rusiyanın ağır texnika və sursatlarının böyük yükünə tab gətirə bilsin. Krımda dar yerlər yaranıb. Bu o deməkdir ki, Rusiya Armyanskdan keçən uzun yola arxalanır. Bu da Rusiyanın cənubdakı logistika şəbəkəsinə əlavə çətinliklər yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31