Moskva şəhərinin maliyyə rayonunda dron tikilməkdə olan binaya düşüb - ÖZƏL
23 Avqust 2023 14:45 Dünya"Hava hücumundan müdafiə qüvvələri Moskva yaxınlığında bir pilotsuz uçan aparatı vurub, digər pilotsuz təyyarə isə Moskva şəhərinin maliyyə rayonunda tikilməkdə olan binanın üzərinə düşüb".
Olaylar.az xəbər verir ki, bunu şəhərin meri Sergey Sobyanin deyib.
"Moskva vilayətinin Mojayski rayonunda hava hücumundan müdafiə qüvvələri pilotsuz uçan aparatı vurub, digər pilotsuz uçuş aparatı isə şəhərdə tikilməkdə olan binanı vurub" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31