Rumıniya səmasında rekord sayda NATO kəşfiyyat təyyarəsi aşkar edilib - ÖZƏL
23 Avqust 2023 14:32 DünyaRumıniya səmasında və Qara dəniz üzərində NATO-nun rekord sayda kəşfiyyat təyyarəsi qeydə alınıb.
Məlumata görə, NATO ölkələrinin kəşfiyyat təyyarələri uzun müddətdir ki, Rumıniya üzərində səmada müşahidə aparsalar da, çərşənbə axşamı onların rekord sayı qeyd edilib.
Qeyd olunur ki, söhbət Rumıniya üzərindən NATO Hava Desantının Erkən Xəbərdarlıq və Nəzarət Qüvvələrinin (AWACS) iki "Boeing E-3 Sentry" təyyarəsindən, eləcə də "Boeing KC-135R Stratotanker" təyyarəsindən gedir. ABŞ Hərbi Dəniz Qüvvələrinin Lockheed EP-3E Aries II təyyarəsi Dunay Deltası üzərində, eləcə də Qara dəniz üzərində uçuşlar həyata keçirib. Həmçinin yüzlərlə kilometr məsafədə düşmən mesajlarını tutmağa və deşifrə etməyə imkan verən Bombardier Challenger 650 ARTEMIS də görülüb.