Polşada taxıl ixracatında rekord - ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşanın Kənd Təsərrüfatına Dəstək Milli Mərkəzinin rəhbərinin müavini Marçin Vronski bildirib ki, ötən kənd təsərrüfatı mövsümündə (2022-2023) respublika rekord həcmdə taxıl ixrac edib. 

Mərkəzdən verilən məlumata görə, ixracın ümumi həcmi 11,7 milyon ton taxıl, onun 5,7 milyon tonu buğda, 4,3 milyon tonu isə qarğıdalı olub.

"Bu taxılların ixracı əvvəlki mövsümlə müqayisədə yüksək olub. Buğda idxalının həcmi təxminən iki dəfə, qarğıdalı isə 34% artıb", - deyə Vronski bildirib.

O əlavə edib ki, bu, anbarların yeni məhsul üçün hazırlanmasına imkan verib.

Vronskinin sözlərinə görə, dünya bazarlarında qiymətlərin artması və taxıla tələbatın azalması səbəbindən əvvəllər Polşada taxıl çoxluğu qeydə alınıb, eyni zamanda Ukraynadan taxıl axını da qeyd olunub  . Bu şəraitdə Polşa təcili olaraq logistika və nəqliyyat infrastrukturunun işini təkmilləşdirməyə başladı, fermerlər üçün əlavə ödənişlər tətbiq etdi və yalnız tranziti saxlamaqla Ukraynadan taxıl idxalına qadağa qoyulmasına nail oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31