Türkiyə və BMT Rusiyaya taxıl müqaviləsi ilə bağlı təkliflər hazırlayır - ÖZƏL
23 Avqust 2023 11:39 DünyaTürkiyə və Birləşmiş Millətlər Təşkilatı Rusiyaya taxıl sazişinin yenidən başlaması üçün təkliflər hazırlayır. Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti- yə danışıqlar prosesində iştirak edən mənbə bildirib.
Agentliyin həmsöhbəti qeyd edib ki, hələlik hər şey mükəmməl deyil, bank məsələləri ilə bağlı həll olunmamış problemlər var, bu məsələ ilə bağlı təmaslar davam edir.
2022-ci il iyulun 22-də Rusiya, Ukrayna , Türkiyə və BMT nümayəndələri İstanbulda "taxıl müqaviləsi" imzalayıblar . Saziş Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının, ərzaq və gübrələrin ixracında Rusiyanın yardımını nəzərdə tutur.
İstanbulda həmçinin Rusiya Federasiyası ilə BMT arasında memorandum imzalanıb ki, bu da təşkilatın Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı öhdəliklərini nəzərdə tutur.