Rusiya taxılı yaxın gələcəkdə Afrika ölkələrinə çatdırıla bilər - ÖZƏL

Ehtiyacı olan Afrika ölkələri üçün Rusiya taxılının ilk partiyasının göndərilməsi yaxın  gələcəkdə mümkündür. Bu barədə Ankaradakı mənbə məlumat yayıb. 

Mənbənin məlumatına görə, Türkiyə tərəfi bu proseslə tanışdır. O, əlavə şərh verməkdən imtina edib.

"Birinci partiyanın tezliklə həyata keçirilməsini gözləyirik, bu, ehtiyacı olan ölkələrin ərzaq təhlükəsizliyi üçün çox mühüm addımdır", - deyə o bildirib.

Bundan əvvəl Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Dmitri Patruşev bəyan etmişdi ki, Rusiya yaxın vaxtlarda Afrika ölkələrinə taxıl tədarükünə başlayacaq. Çatdırılma ödənişsiz həyata keçiriləcək.

Söhbət 25 min tondan 50 min tona qədər taxıl tədarükünün planlaşdırıldığı altı ölkədən gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31