Rusiya qırıcı radarları F-16-lar üçün təhlükə yaradacaq - ÖZƏL
23 Avqust 2023 11:03 DünyaDaha təkmil radarlara malik Rusiya qırıcı təyyarələri Ukraynanın tezliklə alacağı ABŞ istehsalı F-16 qırıcıları üçün təhlükə yaradacaq . Bu barədə Britaniyanın The Economist jurnalı yazır.
Məqalə müəllifi F-16-ların Ukraynanın əks-hücumunun ləng getdiyi bir vaxtda cəbhədə kömək edib-etməyəcəyi ilə maraqlanıb.
"Ukraynalı MiQ-29-ların artıq istifadə etdiyi qısa mənzilli idarəolunan bombaların atılması onları daha təkmil radarlara malik rus qırıcıları üçün riskə atacaq", -deyə nəşr yazır.
Eyni zamanda, jurnal qeyd edir ki, ABŞ-ın təyyarələrlə birlikdə Ukraynaya atış məsafəsi min kilometr olan JASSM raketləri ilə təmin edəcəyi ehtimalı azdır, ona görə də ukraynalılar yaxın mənzilli raketlərdən istifadə etməli olacaqlar.
Ukraynalı pilotlara F-16 qırıcılarından istifadə etmək üçün təlim keçmək üçün vaxt tələb olunmaqla yanaşı, Silahlı Qüvvələr üçün bu təyyarələri saxlamaq çətinləşəcək.