Döyüş əmrini yerinə yetirməkdən İMTİNA ETDİLƏR
22 Avqust 2023 23:26 DünyaZaporojye istiqamətində bir qrup rus əsgəri Ukrayna mövqelərinə hücum etməkdən imtina edib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Ateş" partizan hərəkatının Teleqram kanalında məlumat yayımlanıb.
Məlumata görə, hadisə avqustun 20-də baş verib. 247-ci desant-hücum alaylarından birinin hərbçiləri Staromayorski ərazisində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücum əmrini yerinə yetirməkdən imtina ediblər. Buna görə də alay komandiri saxlanılaraq işğal altındakı Mariupola aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31