İraqın PKK-nı rəsmi olaraq terror təşkilatı kimi tanımasını istəyirik – Hakan Fidan
22 Avqust 2023 23:17 Dünyaİraqın PKK-nı rəsmi olaraq terror təşkilatı kimi tanımasını istəyirik.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Hakan Fidan deyib.
"İraqın ərazi bütövlüyünü və siyasi birliyini qorumaq bizim prioritetlərimizdən biridir. Biz bundan sonra bu yanaşmanı diqqətlə qoruyacağıq. İraqı strateji hədəflərimizi birlikdə həyata keçirə biləcəyimiz tərəfdaş kimi görürük" - deyə H.Fidan bildirib.
O qeyd edib ki, PKK terror təşkilatının Türkiyə-İraq əlaqələrinə xələl gətirməsinə imkan verilməməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31