"Rəsmi orqanlar terroru norma hesab etsələr, bu, onların evlərində də normaya çevriləcək”

Almaniyanın xarici işlər naziri Annalena Burbokun Ukrayna PUA-larının Rusiyaya hücumları ilə bağlı bəyanatı "terrorizmə sponsorluq" kimi qiymətləndirilə bilər.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Qərbi Avropa ölkələri gələcəkdə daxili terrorizmlə qarşılaşmaq riski ilə üz-üzədirlər. Əgər rəsmi orqanlar terroru norma hesab etsələr, bu, onların evlərində də normaya çevriləcək.", - Berbok bildirib.

Qeyd edək ki, Almaniya XİN rəhbəri A.Berbok Ukrayna PUA-larının Moskva və digər şəhərlərdə mülki obyektlərə hücumunu tamamən qanuni adlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31