Ukrayna və Polşa vahid keçid məntəqəsi yaradır
22 Avqust 2023 19:09 DünyaUkrayna və Polşa sərhəddə vahid keçid məntəqələrinin işə salınması üçün təşəbbüs irəli sürüblər.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
"Bu, hər iki dövlətin nümayəndələrinin çalışacağı bir keçid məntəqəsi olacaq. Bununla biz Avropa məkanına daha geniş inteqrasiyaya nail olacaq, logistikanı sürətləndirəcək və korrupsiyanı minimuma endirmiş olacağıq. Biz Polşa-Ukrayna sərhədində pilot layihə həyata keçiririk", - Şmıqal bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31