Taliban iranlı fotoqrafı həbs etdi

SEPAH-a bağlı "Tasnim" xəbər agentliyinin fotoqrafı Taliban nümayəndələri tərəfindən həbs edilib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə agentlik özü məlumat yayıb.

Bildirilib ki, Məhəmməd Hüseyn Vilayəti adlı fotoqraf 10 gün Əfqanıstanda qaldıqdan sonra avqustun 19-da İrana qayıdarkən Kabil hava limanında saxlanılıb.

Fotoqrafın saxlanılma səbəbləri barədə Əfqanıstan tərəfinin açıqlama vermədiyi bildirilib.

Qeyd edək ki, mayın 18-də İran Prezidenti İbrahim Rəisinin Taliban hökumətini Hirmənd çayının axınını dəyişdirməkdə ittiham etməsi və hədələməsi iki ölkə arasında münasibətləri gərginləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31