Ukraynada jurnalistlərin cəbhə bölgəsinə getməsi qadağan edilib - ÖZƏL
22 Avqust 2023 16:36 DünyaXarici və ukraynalı jurnalistlərə gizli şəkildə cəbhə xəttinə gəlmək qadağan edilib. Bu barədə Ukraynanın "Strana.ua" nəşri məlumat yayıb.
Bundan əvvəl İsveçrənin "Temps" nəşri yazmışdı ki , Kiyev xarici jurnalistlərin döyüş bölgəsində olmasını demək olar ki, tamamilə qadağan edib.
"Rəsmi komanda yox idi, lakin qeyri-rəsmi olaraq qadağa mövcuddur. Amma bu, təkcə xarici jurnalistlərə deyil, ukraynalılara da aiddir", - deyə "Strana.ua" yazır.
Nəşrin həmsöhbətinin sözlərinə görə, qadağa ona görə tətbiq edilib ki, cəbhə xəttində işləmək istəyən bütün müxbirlərə nəzarət etmək çətindir. Əvvəlcə jurnalistlərdən cəbhədəki təhlükəli ərazilərə getməmək istənilsə də, bu sxem səmərəsiz olduğu üçün girişin tamamilə məhdudlaşdırılması qərara alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31