Yaponiya Fukusima-1 AES-dən su buraxmaqla səhv etdi - ÖZƏL

"Yaponiya hakimiyyətinin Fukusima-1 qəzalı atom elektrik stansiyasından suyun dənizə axıdılması qərarı səhvdir və Çin bütün lazımi cavab tədbirləri görməyə məcbur olacaq".

Olaylar.az xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib.

"Çin Yaponiyanın bu yanlış qərarını düzəltməli və radioaktiv suların dənizə axıdılması planından imtina etməsində qətiyyətlə təkid edir. Çin tərəfi dəniz ekologiyasını qorumaq, qida təhlükəsizliyini və əhalinin sağlamlığını qorumaq üçün bütün lazımi tədbirləri görəcək" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31