Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Kayseri şəhərində zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlər və Fövqəladə Hallarla Mübarizə İdarəsi (AFAD) məlumat yayıb.

Məlumatda bildirilir ki, maqnitudası 4,7 olan zəlzələ 7 km dərinlikdə baş verib.

Zəlzələ ətraf şəhərlərdə də hiss olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31